Gürcüstanda “Forsaj-9” filminin səhnələri çəkiləcək
Tarix: 14-08-2019, 18:15




Gürcüstanda “Forsaj-9” (The Fast and the Furious) filminin səhnələri çəkiləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, çəkilişlər avqustun 19-dan sentyabrın 20-nə qədər Tbilisi və Rustavi şəhərlərində aparılacaq.
Çəkilişlərlə əlaqədar olaraq hər iki şəhərdə bəzi mərkəzi küçələr bağlanacaq.
“Forsaj-9” filmi “Gürcüstanda çək” dövlət proqramı çərçivəsində lentə alınır. “Hollywood” filminin çəkilişlərini “Enkeny Films” prodüser şirkəti həyata keçirəcək. 

Paylaş: