Aktyorlar qocaları sevindiriblər
Tarix: 14-08-2019, 18:05



Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları- Əməkdar artistlər Kəmalə Müzəffər və İlham Əsədov Qurban Bayramı münasibətilə Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar Evi) xeyriyyə aksiyası keçiriblər.
Bu barədə Open.az-a Əməkdar artist İlham Əsədov məlumat verib.
Xeyriyyə aksiyasının təşkilatçısı, Əməkdar artist Kəmalə Müzəffər və pansionatda yaşayan qocaların qarşısında maraqlı konsert proqramı ilə çıxış edən İlham Əsədov "Heç olmasa bir gün olsa da burada yaşayan qocaları sevindirə bilmişik" deyir.
Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Qətibə Əsədova hər iki sənət adamına təşəkkürünü bildirib və əlavə edib ki, "Dövlət, burada yaşayan ahılların qayğısına yüksək səviyyədə qalır. Amma onları sevindirmək, ürəklərini açmaq həm Allaha, həm də bəndəyə xoş gedər".
Qeyd edək ki, Əməkdar artistlər Kəmalə Müzəffər və İlham Əsədov bütün gün boyu Bilgəhdəki pansionatda yaşayan ahılların qonağı olublar.



Aktyorlar qocaları sevindiriblər - FOTO
Aktyorlar qocaları sevindiriblər - FOTO
Aktyorlar qocaları sevindiriblər - FOTO

Paylaş: