"Space"də televiziya verilişlərinin rəhbəri olmuş şəxsin məhkəməsi başlayır
Tarix: 14-08-2019, 17:07



Azərbaycan Media qrup" təşkilatının rəhbəri, dələduzluqda təqsirləndirilən Ağayev Vüqar Həsənağa oğlunun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Hakim Bəxtiyar Məmmədovun icrattında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiləcək.
V.Ağayev 26 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Qeyd edək ki, "Space TV"də bir neçə verilişin layihə rəhbəri olan V.Ağayevin işə düzəltmək və digər adlarla vətəndaşlardan pul alaraq dələduzluq etdiyi bildirilir. Ötən il teleşirkətin yaydığı açıqlamada bildirlirdi ki, əvvəlllər “Space” telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verilişlər istehsal etmiş Ağayev Vüqar Həsənağa “Space” telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verib. Bununla bağlı vətəndaşlardan telekanala daxil olan ərizələr “Space” tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş: