Tanınmış jurnalist İTV-dən GETDİ
Tarix: 14-08-2019, 15:19

TanınmıŠjurnalist Ä°TV-dÉn GETDÄ°

Tanınmış jurnalist, İTV-nin 14 illik əməkdaşı Eldəniz Sücəddinoğlu bu gündən etibarən fəaliyyətinə son verib.
“Ölkə.Az” xəbər verir ki, Eldəniz Sücəddinoğlu İTV-dən ayrıldığını təsdiq edib. Jurnalist  sosial şəbəkədə İTV-dən ayrılması ilə bağlı status yazıb:
“Bu da son. Hər gəlişin bir gedişi var. 14 il əvvəl gəldim, indi gedirəm. Gedirəm, bir başlanğıc üçün. Günümün çoxu burda keçdi. Gecələr də bəzən qalıb işlədim. Bir sözlə İTV-ni ikinci evim bildim. Burda çox insanlar tanıdım, dostlar qazandım. Çox şeylər öyrəndim. Müxbirlikdən direktor müavininə qədər yüksəldim. Efir həyəcanı da yaşadım. Bura mənə doğmadır və doğma olaraq da qalacaq. Mənimlə 14 il əvvəl burada həyəcanla fəaliyyətə başlayan həmkarlarım o günləri yaxşı xatırlayar. Əvvəl iməklədik, sonra addım atdıq, daha sonra yüyürməyə başladıq. Uğurunuz bol olsun mənim doğma kanalım, dəyərli həmkarlarım. Siz sağ, mən salamat...”.




Paylaş: