Dostları Rövşən İsaxı belə təbrik edib
Tarix: 14-08-2019, 12:36




Avqustun 14-dü tanınmış rejissor, istedadlı aktyor Rövşən İsaxın doğum günüdür.
Open.az xəbər verir ki, sənət dostları bir araya gələrək, Rövşən İsaxı özlərinə məxsus şəkildə təbrik ediblər.
Aktrisa Xuraman Nicat sosial şəbəkə hesabında bunları yazıb: "Dəyərli dost, gözəl insan, əsl sənətkar Rövşən İsax doğum gününüz mübarək...Bu gün müəyyən səbəblərdən sizi təbrik edə bilmədik və düşündüm belə təbrik edim. Sizi dostlarınızla birlikdə...Siz bizlərin həyatında silinməz bir iz buraxmış bir dostsuz... Yaxşı ki, varsız. Doğum gününüz mübarək... Sizi Sevirik" deyərək rejissoru təbrik edib.
Qeyd edək ki, Rövşən İsax 1970-ci ildə Gəncədə anadan olub.

VİDEO BURADA​​​

Paylaş: