“Həci deyiləm, amma gözümü açandan bu günə kimi həmişə Allahla olmuşam...”
Tarix: 14-08-2019, 08:37



“Mən xoşbəxt adamam ona görə ki, Allah mənə bu qədər yaşı qismət edib”

Bunu Moderator.az-a Xalq artisti Azərpaşa Nemətov 72 yaşının tamam olması haqda danışarkən deyib. A.Nemətov Allah tərəfindən ona verilən ömrün sayqı və sevgi olduğunu bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Hazırda işdəyəm və axşam da sinif yoldaşlarımla birlikdə doğum günümü keçirəcəm. Mən xoşbəxt adamam, ona görə ki, Allah mənə bu qədər yaşı qismət edib. Buna görə heç adam kövrələrmi?! Bu, Allah tərəfindən mənə verilən sayqı və sevgidir. Buna görə şükür edirəm. Şükür Allaha, işləyə də bilirəm, başqa işlərimi də görürəm. Allaha qurban olum, mən Allah adamıyam. Hərçənd ki, Həci deyiləm, amma gözümü açandan bu günə kimi həmişə Allahla olmuşam”. 

Paylaş: