“O, heç vaxt pərdəarxası intriqaları vecinə alan adam deyil...”
Tarix: 14-08-2019, 08:36



“Azər müəllimin ən xoşuma gələn cəhətlərindən biri də insan kimi dürüst olmasıdır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Novruz çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemətov haqda danışarkən deyib. R.Novruz A.Nemətovu doğum günü münasibətilə təbrik edib:

“Azərpaşa müəllimlə biz əvvəldən tanışıq və maraqlı tamaşaları var. Onun ilk tamaşalarında mən də oynamışam. Amma bu dəfə baş rejissor olandan sonra “Boy çiçəyi” tamaşasında Həsənzadə roluna özümün xəbərim olmadan məni seçmişdi. Tamam başqa səpkidə, fərqli bir tamaşa alındı. O, çox cəsarətli, novator rejissordur. Onun tamaşalarında həmişə çox zövqlü nizam var və işıq işi çox peşəkarcasına hazırlanır. Başqa bir əsərində də rol almışam. 

Azər müəllimin ən xoşuma gələn cəhətlərindən biri də insan kimi dürüst olmasıdır. O, heç vaxt pərdəarxası intriqaları vecinə alan adam deyil. Bir müddət öncə qastrolda kollektivi ümumi yeməkxanadan çıxararaq özündən banket vermişdi. Yəni o, belə cəsarətli, ürəkli adamdı. Sonra da oğlum Cavidanı kollektivə qəbul etdi. Məndən əvvəl özü oğlumla danışıb və  gözləmədi ki, mən gəlib xahiş edim. Doğum günü münasibətilə Azərpaşa müəllimi doğum günü münasibətilə təbrik edirəm, ona yaradıcılıq uğurları arzu edirəm. O, mənim üçün şəxsiyyətli insanlar sırasındadır”. 

Qeyd edək ki, bu gün Azərpaşa Nemətovun doğum günüdür. O, 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 

Paylaş: