"Buranı sənə havalə edirəm, səni də Allaha"
Tarix: 13-08-2019, 10:34



Aparıcı Yusif Ağayev ATV-də apardığı "10-dan sonra" verilişini həmkarı Əkbər Əlizadəyə təhvil verib. 

Aparıcı bildirib ki, istirahətdə olduğu müddətdə "10-dan sonra" verilişini əməkdar artist Əkbər Əlizadə aparacaq. Y. Ağayev üzünü tamaşaçılarına tutaraq, bunları deyib: "Sizinlə vidalaşıram, sabahdan məzuniyyətdəyəm. Sabahdan etibarən estafet Əkbərdə olacaq. Buranı sənə havalə edirəm, səni də Allaha. Tamaşaçılar, narahat olmayan. 1 aylıq ölkədən kənarlaşıram, uzaq ölkəyə gedirəm, qayıdandan sonra yenə bərabər olacayıq".

Qeyd edək ki, "10-dan sonra" verilişi 2015-ci ildən yayımlanır. 

BAKU.WS

Paylaş: