Eks-arvadı Rəvanın sevgilisini polisə verdi – Müğənninin qızıdır
Tarix: 9-08-2019, 18:08



Bu gün Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinə müğənni Rəvan Qarayevin keçmiş həyat yoldaşı Günay Rəhimova telefon vasitəsi ilə canlı efirə qoşulub.
 
Primetime.az xəbər verir ki, o, sənətçi barədə maraqlı açıqlamalar verib. Günay Qarayevin qeyri-rəsmi yaşadığı xanımın ona və qızına qarşı qeyri-etik hərəkətlər etdiyi bildirib:
 
“Hazırda Rəvanın həyatında qeyri-rəsmi yaşadığı bir xanım var. O da birinci deyil, on minincidir. Mənim qızım onlara görə psixoloji travma yaşayır. Rəvan qızını əvvəllər biz qaldığımız evə aparır. Uşağa zəng vururam, onunla danışmaq istəyirəm, həmin xanım əlindən telefonu alıb söndürür ki, bəs ananla danışma. Uşaq evə gəlib ağlayır, əsir, deyir ki, ana, sənin dolabında başqasının geyimləri asılıb, məni otaqdan qovur, deyir ki, çıx buradan, bu otaq atanla mənim otağımdır. Xanımın bu əməllərini qınamıram, çünki bütün bunlara icazə verən Rəvandır.
 
Mən Rəvandan boşananda ondan heç bir şey tələb etməmişəm – nə ev, nə maşın. Halbuki onun imkanı var, hər şey edə bilər. Hazırda Rəvan 200 manat aliment verir. Rəvan gündə 200 manat hesab ödəyir, amma qızına ayda 200 manat aliment verir. Bu pula uşağın bağçasının pulunu ödəyim, geyindirim, həkimə aparım, gəzdirim, yoxsa qarnını doydurum? Uşaq üçün hər şeyi özüm edirəm. Rəvan deyir ki, guya qızı üçün hər şey edir. Bu, absurd və yalandır. Rəvan qızı Xalidə ilə danışmır. Bir dəfə də olsun, gəlib qızını bağçada görməyib. Uşağın ad günündə belə, Rəvanı axtardıq, üzə çıxmadı. Halbuki Xalidə atasına meyilli uşaqdır. Gəlib uşağı aparır, sonra yoxa çıxır. Özünə zəng vururam, xalası oğluna zəng edirəm, ondan sonra başlayır alimenti ödəməyə. Mən hamıya zəng vurandan sonra ağlına gəlir ki, aliment ödəməlidir”.
 
Qeyd edək ki, R.Qarayevlə G.Rəhimovanın evliliyi beş il sürüb. Onların bu nikahdan 6 yaşlı Xalidə adlı qız övladları var.



Paylaş: