Sərdar boşandığı arvadına ev və maşın bağışladı
Tarix: 9-08-2019, 17:48




Dünən rəsmi şəkildə boşanan Sərdar Ortaç və Xloe Louqnan cütlüyü bir müddət eyni evdə yaşayacaq.
“Yeni Sabah”  Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmədən sonra halı pisləşən Xloeni S.Ortaç axşam xəstəxanaya aparıb və səhərə qədər onunla birgə qalıb.
İfaçı Xloeni çətin vəziyyətdə qoymamaq üçün ona bir ev və avtomobil verib. S.Ortaçın keçmiş həyat yoldaşına təzminat ödəyəcəyi də deyilir. 

Paylaş: