“Game of Thrones” yaradıcıları “Netflix”ə transfer oldu – 200 milyon dollara
Tarix: 9-08-2019, 10:26



“Game of Thrones” (Taxt oyunları) serialının yaradıcıları Devid Beniof və DB Veis “Netflix”ə transfer olub.
 
Primetime.az xəbər verir ki, “Netflix” ilə ikili arasında 200 milyon dollara razılıq əldə olunub. “Netflix” idarəçisi Ted Sarandos “usta hekaye danışanlar” deyə adlandırdığı Beniof ilə Veisi heyətə qatdıqları üçün çox sevindiklərini dilə gətirib.
 
 
İkili isə “HBO” yayım şirkətinə təşəkkür edərək “10 ildən çox davam edən müddətdə gözəl vaxt keçirdik və bizə özümüzü evimizdə hiss etdirən hər kəsə minnətdarıq” – deyə qeyd edib.
 
“HBO” “Game of Thrones”dan öncəki dövrdən bəhs edən serialı 2020-ci ildə izləyiciyə təqdim etməyi planlaşdırıb. Beniof və Veis sözügedən serial sayəsində 47 “Emmy” mükafatı alıb və 160 mükafata namizəd göstərilib.

Paylaş: