“Fikirləşdik ki, Rasim Balayev nə tort xoşlayır, nə də tost...”
Tarix: 9-08-2019, 08:47



“Fikirləşdik ki, Rasim Balayev nə tort xoşlayır, də tost...”

Bunu Moderator.az-a açıqlamasında şair Baba Vəziroğlu R.Balayevə yazdığı “Sən Rasim Balayev olana qədər” mahnısı haqda danışarkən deyib. B.Vəziroğlu mahnının həmişə tarixdə qalacağını bildirib:

“Rasim Balayev haqqında çox danışmaq olar. “Sən Rasim Balayev olana qədər” mahnısının yazılması ona biz dostlarının hədiyyəsidir. Mən, Alim Qasımov və Elçin İmanov qərara gəldik ki, Rasim müəllim bizi yetmiş illik yubileyinə dəvət edib və ona nə hədiyyə aparaq. Çünki Rasim müəllimin tosta ehtiyacı yoxdur, bunu xoşlamır, həmçinin tort da xoşlamır, həm də ki, dünya malında da gözü yoxdur. Ona görə də biz sözü Alim Qasımova ki, bəlkə muğamın gücüylə Rasim Balayevə təbrikimizi çatdıra bilər. Sözü mən yazdım, Elçin İmanov musiqi bəstələdi və Alim Qasımov da onu ifa elədi. Klipi də ötən il Mərdəkanda yubileyində təqdim etdik”.  

B.Vəziroğlu R.Balayevlə həm iş yoldaşı, həm də dost olduqlarını deyib:

“R.Balayev kinomuzun əfsanəvi simasıdır. Mən on il R.Balayevlə bir yerdə işləmişəm. Kinomatoqraflar İttifaqında o, birinci katib, mən isə katib olmuşam, yəni 24 saatın 23 saatını bir yerdə olmuşuq. R.Balayevlə insani və yaradıcılıq münasibətlərimiz olub. Onu o qədər yaxından tanıyıram ki, haqqında  danışmağa çətinlik çəkirəm. Mahnını da məktub şəkilində ona göndərdik ki, R.Balayev onu alsın və oxusun. Həmin mahnıya izləyicilər xoş sözlər yazırlar. Onun 170 yaşı da olacaq, amma nə Rasim Balayev, nə də onun haqqında yazılan mahnı aktuallığını itirməyəcək”. 

Paylaş: