Mahir Emreli APOEL-ə vurduğu qolu anası ilə belə qeyd etdi
Tarix: 8-08-2019, 17:39

Mahir Emreli APOEL-É vurduÄu qolu anası ilÉ belÉ qeyd etdi

Çempionlar Liasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprdə APOEL-lə görüşdən qələbə ilə qayıdan "Qarabağ" klubunun futbolçusu Mahir Emreli qələbə sevincini anası ilə bölüşüb.
"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, Mahirin anası Elnurə xanım sosial şəbəkədə oğlu ilə bərabər rəqsini paylaşaraq belə bir şərh yazıb: "Qarabağ" udanda biz".
Görüntülər böyük marağa səbəb olub.
Xatırladaq ki, 6 avqustda "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi APOEL-ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.
Qeyd edək ki, Emreli 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında 16 qolla bombardir olub. Onun Ağdam klubu ilə 2020-ci ilin iyulun 30-dək müqaviləsi var. 






VİDEO BURADA​​​

Paylaş: