Maral Tahirqızıdan xəbər var
Tarix: 7-06-2017, 12:32



Ali Məhkəmədə əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilərək 3 il azadlıqdan məhrum edilən müğənni Maral Gülməmmədovanın (Tahirqızı) Bakı Apellyasiya Məhkəməsindən verdiyi kassasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs M.Tahirqızı da iştirak edib.
O, hakimdən vaxt istəyib. M.Tahirqızı bildirib ki, o prosesdə hüquqlarını müdafiə etmək üçün yeni vəkillə müqavilə bağlayır və buna görə də proses müəyyən müddətə təxirə salınsın. Hakim vəsatəti təmin edib və iş üzrə məhkəmə iclası iyunun 14-ə təyin edilib.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Tahirqızı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsini apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.

Paylaş: