Bu gün Akif İslamzadənin doğum günüdür
Tarix: 8-08-2019, 10:49



Azərbaycanın Xalq artisti, müğənni Akif İslamzadənin doğum günüdür.
UlduzumSan.Az-ın məlumatına görə, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub.
1992-1993-cü illərdə Bakı Şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub.
İfaçılıq repertuarında "Sari gəlin" və "Bu gecə", "Ala gözlüm" və digər mahnıları ilə yaddaşlara həkk olub.



Paylaş: