Çağladan yeni klip, rejissoru özüdür
Tarix: 7-08-2019, 14:58



Türk müğənnisi Çağla "Bi yere de yaz" adlı yeni klipini təqdim edib. 
UlduzumSan.Az-ın məlumatına görə, ekran işi Türkiyənin məşhur "Netd Müzik" kanalında yerləşdirilib. 
Qeyd edək ki, müğənni yeni klipində satıcı qız obrazını canlandırıb və 700 kq qidadan istifadə edib. Bundan əlavə, Çağla ekran işinə də rejissorluq edib.Çəkilişdən sonra qidalar ehtiyacı olan insanlara paylanıb.
 

Paylaş: