Əməkdar artist Rusiyada filmə çəkildi — Yüksək QONORARIN MƏBLƏĞİNİ AÇIQLADI
Tarix: 7-08-2019, 13:00

ÆmÉkdar artist Rusiyada filmÉ Ã§Ékildi

Tanınmış aktyor, əməkdar artist Vaqif Kərimov Rusiyada filmə çəkilib.
 Bu barədə "Ölkə.Az"-a danışan aktyor bildirib ki, ekran işinin rejissoru İvan Balotnikovdur. Filmin bir neçə ölkədə nümayişinin nəzərdə tutulduğunu deyən Kərimov, qonorar barədə də danışıb:
"Rusiya və Azərbaycan aktyorlarının qonorarında xeyli fərq var. Təbii ki, orada qonorar daha yüksəkdir. Məsələn, mən bu filmdə təxminən bir ay çəkildim və 27 min qonorar aldım. Azərbaycanda isə ən yaxşı halda 600-700 manat almışdım. Çəkiliş meydançasında da böyük fərqlər var. Onların komandası daha peşəkar işləyir. Amma bizdə də axır vaxtlar peşəkarlıq istiqamətində müəyyən addımlar atılır. Bu, çox sevindiricidir".
Qeyd edək ki, V.Kərimovun geniş müsahibəsi yaxın günlərdə saytımızda dərc ediləcək.




Paylaş: