“Ona bənzəmək gözəldir” - Günelin estetik qalmaqalı
Tarix: 14-09-2017, 09:43


Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın yeni görünüşü müzakirələrə səbəb olub. 
“Qafqazinfo” xəbər verir ki, Türkiyə mətbuatı sənətçinin plastik əməliyyat etdirməsi barədə ard-arda xəbərlər dərc etməyə başlayıb. 
İddia olunur ki, Günel məşhur aktrisa Birce Akalaya bənzəmək üçün bıçaq altına yatıb. Bütün bu söz-söhbətlərdən sonra ifaçı İstanbulun Nişantaşı ərazisində görüntülənib. 
Zeynalova haqqında yayılan xəbərlərə münasibət bildirib. Günel deyib ki, təkcə burnunu estetik əməliyyat etdirib:
“Bunumu kəsdirmişəm. Birce Akalaya oxşamaq üçün mübarizə aparmamışam. Ona bənzəmək gözəldir. Nəticə etibarı ilə gözəl bir qadındır”. 







Paylaş: