Aysun ona 10 minlik ayaqqabı alan kişidən danışdı
Tarix: 7-08-2019, 10:56




Məşhur müğənni Rəqsanə İsmayılovanın qızı Aysun başına gələn maraqlı hadisədən danışıb.
AzNews.az xəbər verir ki, o, Türkiyədə olan zaman bahalı markalardan birindən ayaqqabı almaq istəyib. Lakin mağazada tanımadığı bir kişi onun alacağı ayaqqabıların pulunu ondan xəbərsiz ödəyib.
Təxminən 5 min avroluq (10 min AZN) hədiyyə ayaqqabılarını Aysun qəbul etməyib.
Müğənni bu barədə prodüser Tarix Əliyevin Youtube kanalında yayımlanan "Toliklə səmimi" verilişində danışıb.



Paylaş: