Anar Mədətovdan oğlu Mahirə GÖZLƏNİLMƏZ JEST
Tarix: 7-08-2019, 10:01




25 illik həyat yoldaşı Elnurə xanımdan ayrılaraq ikinci dəfə ailə həyatı quran prodüser Anar Mədətov, ondan üz döndərən oğluna İnstaqram-da jest edib.

Prodüser ikinci dəfə ailə qurduğu üçün ata soyadıından imtina edən "Qarabağ"ın və millinin futbolçusu Mahir Emrelinin dünən "Apoel"ə vurduğu qolun videosunu paylaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk matçını səfərdə Kipr təmsilçisi "Apoel"ə qarşı keçirdiyi matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.

Xatırladaq ki, A.Mədətov birinci xanımı Elnurə Mədətova ilə boşanıb. O, artıq özünə yeni həyat yoldaşı da tapıb. Atasının yenidən ailə qurmasını istəməyən Azərbaycan millisinin və "Qarabağ" klubunun üzvü Anar Mədətov ata soyadından və adından imtina etdiyini açıqlayıb.
milli.az

Paylaş: