"Məni neçə dəfə evləndirib, boşadıblar"
Tarix: 6-08-2019, 18:02



Göz yıxan bir şeyi nə yıxa bilər?! Özü də o gözlər çirkab gözlərdi, qəlbi qara insanların gözləriridir.

Bu sözləri xalq artisti Rafael Dadaşov aparıcı Zaur Kamalın "5/5"də ona ünvanladığı "Niyə məşhurların ailə problemləri çox olur? Biri olur, biri olmur?" sualına cavab verərkən deyib.

Aktyor fikirinin davamında onun barədə dolaşan şayiələrə də aydınlıq gətirib:

"Əgər bu gözlər sənə dikilirsə və sənin ünvanına xəlvəti nəsə görülürsə, buna ailə dayanacaq?! Hələ biz möhkəm adamıq ki, bunun qabağında dururuq. Məni neçə dəfə evləndirib, boşadıblar. Neçə dəfə mən evlənmişəm, boşanmışam. Mənim kənarda başqa qadınlardan uşaqlarım var - Yalandan düzüb-qoşurlar özlərindən. Elə deyil axı. Mənim kimi tək sevgiyə inanan insanı hələ görməmişəm. Mən bir sevgiyə inanıram, ikinci sevgiyə mən inanmıram!"

milli.az

Paylaş: