"Fashion kids show"un qalibi bu qız oldu
Tarix: 14-09-2017, 08:34



Sentyabrın 13-də “Fashion kids show” uşaq gözəllik müsabiqəsinin finalı baş tutub. 

UlduzumSan.Az-ın məlumatına görə, Bakı Əyləncə Mərkəzində ermənilər tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zəhranın xatirəsinə həsr olunan “Fashion kids show” müsabiqənin qalibi 12 yaşlı Məryəm Qafarzadə oldu. O, "Grand Prix" mükafatına layiq görüldü.
Sonda “Fashion KİDS SHOW “-un qalibi Məryəm Qafarzadədən bu layihə ilə bağlı öz təəssüratlarını soruşduqda o, ilk növbədə layihə rəhbəri rejissor Zöhrab Ağayevə (Zorik) öz dərin minnətdarlığını bildirdi.
 
Qeyd edək ki, "Uşaqlar gələcəyimizdir" şüarı altında keçirilən müsabiqəni rejissor Zöhrab Ağayev (Zorik) təşkil edib.






Paylaş: