Fəlakət həyat yoldaşından boşandı? - Açıqlama
Tarix: 6-08-2019, 11:33




“Fəlakət” obrazı ilə tanınan aktyor Elşən Orucovun həyat yoldaşı İlahə xanımdan ayrılması haqqında məlumat yayılıb.
Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı Elşən Orucovun prodüseri ilə əlaqə saxlayıb.
O, açıqlamasında yayılan məlumatı təkzib edib: “Yalan söhbətdir. Elşən bəy hazırda Bakıda deyil. İlahə xanımla öz evlərində birlikdə yaşayırlar”.
Ailəyə yaxın mənbədən saytımıza daxil olan məlumata görə, İlahə xanım bir müddət əvvəl Elşən Orucovdan rəsmi boşanmaq üçün vəkil axtarıb.
Bununla yanaşı, Elşən Orucovun özünün Instagram səhifəsində həyat yoldaşını izləmədən çıxardığı diqqət çəkib.
Xatırladaq ki, Elşən Orucov İlahə xanımla 2018-ci ildə evlənib. Cütlüyün bir övladı var. İlahə İTV kanalında çalışır.

Qeyd edək ki, bu haqda ilk məlumatı axşam.az saytı yayıb.


image description





Paylaş: