“Fəlakət” həyat yoldaşından ayrıldı
Tarix: 6-08-2019, 10:09



Ötən il fevralın 23-də ailə həyatı quran aktyor Elşən Orucov həyat yoldaşından ayrılıb.

UlduzumSan.Az Axşam.az-a istinadən məlumat verir ki, "Fəlakət” obrazı ilə məşhurlaşan sənətçi xanımı İlahə ilə bir müddətdir ayrı yaşayır.

2018-ci ilin dekabrında valideyn olan Elşən və İlahənin rəsmi boşanması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, onlar ATV-də bir yerdə çalışan zaman tanış olublar. Hazırda İlahə ATV-dən uzaqlaşaraq, fəaliyyətini İTV-də davam etdirir.

Paylaş: