"Xalqımın qarşısında “üzüqara” deyiləm, Allah nə qədər ömür verəcəksə..."
Tarix: 6-08-2019, 08:51



“Mənimlə bağlı kimin ürəyindən nə xoş arzu keçirsə, hamısına təşəkkür edirəm”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı altmış bir yaşının tamam olması haqda danışarkən deyib. M.Qasımlı bundan sonrakı fəaliyyətində də ancaq xalqın milli-mənəvi dəyərləri üçün çalışacağını bildirib:

“Mənimlə bağlı kimin ürəyindən nə xoş arzu keçirsə, hamısına təşəkkür edirəm. Altmış bir yaşım tamam olur və bu illər ərzində bütün gücümlə, varlığımla çalışmışam ki, mənsub olduğum xalqa ləyaqətlə xidmət edim. Düşünürəm ki, xalqımın qarşısında “üzüqara” deyiləm. Allah nə qədər ömür verəcəksə, bundan sonrakı fəaliyyətimdə də eyni səviyyədə xalqımızın milli-mənəvi varlığı yolunda xidmət etmək istiqamətində işimi davam etdirəcəm. Diqqətinizə görə sizlərə çox təşəkkür edirəm”. 

Qeyd edək ki, Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 

Paylaş: