Brilliantın "Tet-aTet"i plagiat çıxdı
Tarix: 5-08-2019, 09:00



Xalq artisti Brilliant Dadaşovanın "Tet-aTet" mahnısı ilə bağlı yeni iddia irəli sürülüb. 
UlduzumSan.Az-ın məlumatına görə, sosial şəbəkədə mahnının plagiat olduğu ilə bağlı xəbər yayılıb. Belə ki, musiqinin Türkiyənin tanınmış ifaçısı Bahadır Tatlıözün oxuduğu "Su yolunu bulur" bəstəsinə bənzədiyi iddia olunur. Bahadır mahnını 2018-ci ildə oxuyub və ona klip də çəkdirib. 

Qeyd edək ki, "Tet-aTet" mahnısının sözləri Həsən Babayevə, musiqisi Fərid Kərimliyə məxsusdur. Bəstənin aranjimanını isə Elvin Musayev edib.


 


 

Paylaş: