Xalq artisti Prezidentə təşəkkür etdi
Tarix: 1-08-2019, 10:17



Tanınmış aktrisa Xalidə Quliyeva xalq artisti fəxri adına layiq görülməsi münasibətilə ölkə başçısına təşəkkür edib.
Kult.az xəbər verir ki, X.Quliyeva bu barədə sosial şəbəkədə yazıb.
“Məni Azәrbaycan Respublikasının Xalq artisti fәxri adına layiq bilib etimad göstәrdiyinә görә ölkә Prezidenti hörmәtli cәnab İlham Әliyevә öz sәmimi vә dәrin minnәtdarlığımı bildirirәm. Çox sağ olun, әziz Prezidentimiz!
Fәxri ad almağım münasibәtilә mәni tәbrik edәn hәr kәsә - әzizlәrimә, dostlarıma vә әlbәttә ki, sәnәtsevәr tamaşaçılarıma çox-çox tәşәkkür edirәm!”, - o bildirib.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Fəxri ad alanlar arasında aktrisa Xalidə Quliyeva da var.

Paylaş: