Murat Bozdan romantik paylaşım - Ən gözəl dərinlik
Tarix: 31-07-2019, 11:16




Uzun bir ayrılıqdan sonra münasibətlərinə ikinci şans verən Murat Boz və Aslı Enver sevgilərini doya-doya yaşamağa davam edirlər.

Bir müddət ayrı yaşayan, daha sonra bir-birinə daha da möhkəm bağlanan cütlük sanki həmin günlərin heyfini çıxarırlar. Evlənməyə doğru əmin addımlarla irəliləyən Murat və Aslı bir-birlərinə olan sevgilərini sosial media hesablarından tez-tez dilə gətirirlər.

Son olaraq Murat Boz Instagram hesabından sevgilisinə həsr etdiyini paylaşımla gündəmə gəlib. O, Aslı ilə olan ağ-qara fotosunu "Ən gözəl dərinlik" qeydi ilə izləyicilərinin ixtiyarına verib.

Murat Bozdan romantik paylaşım - Ən gözəl dərinlik - FOTO


Paylaş: