Hazal Kayadan gözlənilən foto
Tarix: 30-07-2019, 14:59




Artıq hamiləliyinin bir neçə ayını geridə qoyan türkiyəli aktrisa Hazal Kaya maraqlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, ilk dəfə hamiləlik fotosunu instaqram hesabında izləyiciləri ilə bölüşüb.
Aktrisa paylaşımında həm KİV nümayəndələrinə eyham vurub, həm də oğlu olacağını açıqlayıb: “Onlar bizi çəkmədən, mən paylaşım dedim. Fikrət Əli ilə tanış olun”.
Qeyd edək ki, Hazal Kaya bu ilin fevralında rejissor-aktyor Əli Atayla ailə qurub.

Paylaş: