Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq
Tarix: 30-07-2019, 11:51




Avqustun 2-si Milli Kino Günündə C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında görkəmli Azərbaycan kinorejissoru, Azərbaycan kinosunda ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı olacaq.
Bu barədə Open.az-a "Azərbaycanfilm" kinostidiyasından məlumat daxil olub.
Saat 12.00-da təşkil ediləcək tədbirdə Azərbaycanın tanınmış kino xadimləri iştirak edəcək.
Xatırladaq ki, 2019-cu ildə görkəmli kinorejissor Hüseyn Seyidzadənin vəfatından 40 il ötür.
Hüseyn Seyidzadə Azərbaycan kinosunun tarixinə "O olmasın, bu olsun", "Dəli Kür", "Koroğlu", "Yenilməz batalyon" "Qayınana" kimi unudulmaz filmlər bəxş edib.

Paylaş: