“Maşın”ın başlama tarixi məlum oldu
Tarix: 13-09-2017, 10:00


Ölkənin ən səs-küylü layihəsi olan “Maşın” realiti şousunun başlama tarixi məlum olub. 
“Qafqazinfo” xəbər verir ki, proqram oktyabr ayından etibarən ATV-də start götürəcək. 
“Yubiley” adlanan müsabiqədə format dəyişməyəcək, şou nümayəndələri maşın uğrunda mübarizəyə qoşulacaqlar. 
Qeyd edək ki,  “Maşın- yubiley” şounun sayca 15-ci buraxılışına həsr olunub.
Xatırladaq ki, proqramın sonuncu qalibi bu ilin iyun ayında İsram Mehrəliyev olub. 

Paylaş: