"Nə isə... məğlub olsaq da, Azərbaycan həmişə bir nömrədir"
Tarix: 13-09-2017, 09:50


"Qarabağ" qalib gələcəyi halda verdiyi vədlə diqqət çəkən azərbaycanlı Naz Mila oyun sonrası verdiyi vədlə bağlı açıqlama verib.
GoldNews.Az xəbər verir ki, o, da hər kəs kimi "Qarabağ"ın məğlubiyyətinə üzüldüyünü bildirib.
"Daha 6:0 nə idi! Koment desən elə yaxşı yazarlar ki. Nə isə məğlub olsaq da Azərbaycan həmişə bir nömrədir. Yaşasın Azərbaycan! Ən çoxda döymə etdirmədiyimə üzüldüm. 6 qol vursaydıq 6 döymə etdirəcəkdim nə isə".
Ötən gün "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində Londonda nüfuzlu "Çelsi" klubu ilə qarşılaşıb. 6:0 hesabı ilə məğlubiyyətə uğrayan "Qarabağ" azrkeşlərini üzüb. 

Paylaş: