Məşhur aktyor futbol klubunun idarəçisi oldu
Tarix: 27-07-2019, 12:48



Məşhur aktyor futbol klubunun idarə heyətinə daxil olub.

Bakupost Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin məşhur aktyoru Engin Öztürk artıq futbol klubu Eskişehirsporun idarə heyətinin üzvüdür. Klubun idarəçiliyinə qatılan Enginin ilk işi TFF 1-ci liqada mübarizə aparan Eskişehirspor üçün yeni sezonun püşkünü çəkmək olub. Həmin an sosial mediada tərəfdarlar ağ-qaraların idarəçisi Öztürk barədə "ən xarizmatik idarəçi", " liqanın ən yaraşıqlısı" yazıblar.
Qeyd edək ki, Öztürk 28 sentyabr 1986-cı ildə Eskişehirdə doğulub, təhsilini teatr aktyorluğu üzrə alıb. "Möhtəşəm Yüz il", "Behzad Ç" "Diriliş Ərtoğrul" kimi bir çox məşhur serialda önəmli və baş rolları ifa edib.

Paylaş: