"Elə bilirsiniz ki, TV-lər hamının gördüyü o eybəcərlikləri öz keflərindən edirlər?"
Tarix: 27-07-2019, 09:55



“Bu cür verilişlərimizin günəbaxan tumlarını reklam etməsi məcburiyyətdəndir”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov televiziya verilişlərimizin günəbaxan və digər bu kimi məhsulları reklam etməsinə münasibət bildirərkən deyib. Xalq artisti bu gün hər şeyin pul üzərində qurulmasından gileylənib:

“Bu cür verilişlərimizin günəbaxan tumlarını reklam etməsi xoşluqla deyil, məcburiyyətdəndir. Çünki özəl televiziyalar dövlətdən maaş almırlar. Onlar ancaq reklamın hesabına dolanırlar. Reklamı verən şirkətin də öz şərtləri var və televiziyalarımız da bununla razılaşmağa məhkumdur. Siz elə bilirsiniz ki, hamının gördüyü o eybəcərlikləri, şouları öz keflərindən edirlər, qətiyyən yox. Sadəcə olaraq televiziyanı dolandırmaq, saxlamaq üçün buna məcburdurlar. Bunların günahı Azərbaycanı çapıb-talayan və bu cür şeylərə pul buraxan adamlardadır. 

“Azərbaycan” prospektindən gələndə qadın alt paltarları reklamını gördüm. Girib mağaza işçisinə dedim ki, müdirinə de bir az şərəfi olsun. Biz müsəlmanıq, əxlaqımız var. Amma bu gün hər şey pula qurban olub”. 

Paylaş: