"Jara" festivalında iştirak edəcək musiqiçilərin sayı açıqlandı
Tarix: 25-07-2019, 17:23



Bu gün Bakıda, Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində "Jara" Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
APA -nın məlumatına görə mətbuat konfransında festivalın təşkilatçısı, müğənni, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiya şou-biznes nümayəndələri Filip Kirkorov, Ani Lorak, Qriqoriy Leps, Lolita, Yana Çurikova və digərləri iştirak ediblər.
E. Ağalarov bildirib ki, "Jara" Beynəlxalq Musiqi Festivalı ildən-ilə daha geniş şəkildə keçirilir: "Festival dörd gün davam edəcək. Bu dəfə 70-dən çox müğənninin iştirakı nəzərdə tutulub. Mən hər il bizim ölkəyə təşrif buyuran müğənnilərə təşəkkürümü bildirirəm. İnanıram ki, dörd gün ərzində olduqca maraqlı festival olacaq”.

Paylaş: