"Doğum günümü Şabranda keçirəcəm"
Tarix: 25-07-2019, 12:15



İyulun 25-i Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino xadimi, Mədəniyyət və İncəsənət Universitetinin professoru Məmməsəfa Qasımovun doğum günüdür.
Open.az xəbər verir ki, görkəmli sənətkarın 59 yaşı tamam olur.
Uzun illərdir Azərbaycan mədəniyyətinə xidmət edən görkəmli sənətkar, doğum gününü dünyaya gəldiyi doğma şəhərində- Şabranda qeyd edəcək.
"Hələlik Bakıdayam. Axşama doğru Şabrana, doğmalarımın yanına gedəcəm və dünyaya gəldiyim günü də orada qeyd edəcəm". deyən Məmmədsəfa Qasımova bu yaxınlarda Prezident İlham Əliyev mənzil bağışlayıb. Hər bir yaradıcı insan, sənət adamı üçün bundan gözəl hədiyyə yəqin ki, ola bilməz.
Qeyd edək ki, Məmmədsəfa Qasımov 1960-cı ildə Şabranda anadan olub. 1977-1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə, 1980-1984-cü illərdə isə M.Ə. Əliyev adına ADİİ-nun aktyorluq fakültəsində təhsil alıb.
1985-ci ildən Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında çalışıb. YUĞ Teatrı yaranan gündən sənət fəaliyyətini orada davam etdirir.

Paylaş: