Evimizi yaranlar peşəkar oğrulardır - Aktyor
Tarix: 12-09-2017, 17:00


Qardaşımın evindən toy üçün alınan qızılları peşəkar oğrular oğurlayıb.
Bu barədə Kult.az-a qardaşının evindən oğurluq olması barədə danışan aktyor Elnur Kərimov bildirib. Aktyorun sözlərinə görə, mənzildən ümumilikdə 7000 manat məbləğində oğurluq edilib:
“2000 manat nəğd pul və toy üçün alınmış 5000 manat dəyərində qızıl oğurlanıb”.
E.Kərimov bildirib ki, oğruların tapılması istiqamətində iş hələ də davam edir:
“Oğurluq hadisəsini Suraxanı Rayon Polis İdarəsi və 32-ci Polis Bölməsi araşdırır. İs icraçısı polis kapitanı Raqib Rəhimovdur. Polisdən verilən məlumata görə, proses gedir, hec bir yenilik yoxdur. Əl izlərini araşdıran kriminalistin qənaətinə görə, oğurluğu törədən şəxslər peşəkar olublar”.
Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun qardaşının evi qarət olunub. Oğurluq hadisəsi onlar toyda olan zaman baş verib. Aktyor qardaşının qız toyundan qayıdarkən evdən oğurluq edildiyini görüb. Ayın 18-də oğlan toyu üçün alınan bütün qızıllar oğurlanıb.

Paylaş: