BNA Elcanı cərimələdi — Agentliyi tənqid etdilər
Tarix: 24-07-2019, 16:11

BNA Elcanı cÉrimÉlÉdi

Bakı Nəqliyyat Agentliyi (BNA) tanınmış aktyor-şoumen Elcan Rəsulovu cərimələyib.
"Ölkə.Az"-ın məlumatına görə, bu barədə o, sosial şəbəkədə yazıb. Aktyor qeyd edib ki, agentliyin kameraları onun şəklini avtomobildən düşərkən çəkib:
"BNA, nolub ala?  Maşından düşən yerdə şəklimi çəkib. İş orasıdır ki, sonra fikrimi dəyişib, yenidən oturmuşam maşında. Elə otura-otura gördüm mesaj gəldi ki, 20 AZN cərimə olundunuz". 
Aktyorun paylaşımının şərh bölümünə BNA haqqında tənqidi, hətta xoşagəlməz ifadələr yazılıb.






Paylaş: