Cennifer Lopez türklərə XƏBƏRDARLIQ ETDİ — Kürsüdə 20 min avro
Tarix: 23-07-2019, 18:06

Cennifer Lopez türklÉrÉ XÆBÆRDARLIQ ETDÄ°

Məşhur müğənni Cennifer Lopez avqustun 6-da Türkiyənin Antalya şəhərində konsert verəcək.
“Ölkə.Az” xəbər verir ki, üçmərtəbəli, güllə keçirməyən şüşələri olan villada qalan müğənni konsertin təşkilatçlarına xəbərdarlıq edib. Belə ki, onlar ifaçını bütün şəraitlə təmin etmək istəyərkən, onu bezdiriblər. Bu da Lopezin xoşuna gəlməyib və bunu  zəhlətökənlik adlandırıb.
Nişanlısı və uşaqları ilə Antalyaya səyahət edən ulduz ona olunan şişirdilmiş təkliflərdən bezərək, türk təşkilatçılara “Bəsdirin. Bu qədər şişitməyin”deyə xəbərdarlıq edib.
Qeyd edək ki, Cennifer Lopezin konsertinə biletlər qiymətinə görə rekord qırıb. Belə ki, pop kraliçasını ayaqüstə “Fan zone”da  dinləmək üçün  biletlər 1200 manat, kürsüdə əyləşmək istəyənlər üçün isə 20.000 evrodur. 







Paylaş: