“Qızımın atası ərimdir, başqası deyil”- Zenfira İbrahimova
Tarix: 23-07-2019, 16:47



Müğənni Zenfira İbrahimova “Toliklə səmimi” “Youtube” layihəsinin qonağı olub. 
Musavat.com xəbər verir ki, ifaçı aparıcının “İstanbulda da bu haqda soruşdum. Təəccübləndin. Dedin ki, bu nə sualdır mənə verirsən? Deyirlər ki, qızının atası həyat yoldaşın Anar deyil, başqasıdır. Sən daha öncə evli olmusanmı” sözlərinə belə cavab verib: 
“15 ildir ki, ailəliyəm. Qızımın da 14 yaşı var. Övladımın atası həyat yoldaşım Anar Heydərovdur. 18 yaşımda Anarla tanış olmuşuq. Onun da 21 yaşı vardı. Mən onunla böyümüşəm. Biz bacı-qardaş, dərd ortağı da olmuşuq. Biz birlikdə böyüdük. 18 yaşında necə ailəli ola bilərdim? Bu söz-söhbətləri ailələri gözü götürməyən şou əhli yayır. İkinci dəfə şansım olsaydı, yenə Anarla evlənərdim. O yaxşı ailə başçısı, ata və həyat yoldaşıdır”.

Paylaş: