Elvin Basqallıya 7 min manat ZİYAN DƏYDİ
Tarix: 23-07-2019, 12:58

Elvin Basqallıya 7 min manat ZÄ°YAN DÆYDÄ°

Tanınmış xəbər aparıcısı Elvin Basqallının "Youtube" kanalına haker hücumu olub.
 Bu barədə "Ölkə.Az"-a Basqallı özü məlumat verib. Onun sözlərinə görə, baxış sayı bir saata on mindən, bir günə yüz mindən, bir aya 3 milyondan artıq olan kanalı bir neçə gün öncə siliblər:
"Kanalımın 61 min abunəçisi var idi. Aylıq 5-8 min arası yeni abunəçim olurdu, yüzdən artıq ölkədən izlənirdim. Bu ölkədə bəlkə də bəzi məşhur sənətçilərin "Youtube" kanalının bu qədər izləyicisi yox idi. Hətta o kanalı məndən 7 min manata almaq istəmişdilər. Satsaydım, heç olmasa bir problemimi həll edərdim".
Qeyd edək ki, E.Basqallı yenidən "Elvin Basqalli Brend TV" adlı "Youtube" kanalı yaradıb. 




Paylaş: