Türkiyədə Cahangir Novruzov və Teymur Rzayevin yubileyi qeyd olunub
Tarix: 23-07-2019, 11:52

İyulun 22-də İstanbulda Azərbaycan mədəniyyətinin iki görkəmli siması xalq artisti Cahangir Novruzov və əməkdar rəssam Teymur Rzayevin yubileyləri münasibətilə tədbir keçirilib.
Open.az xəbər verir ki, bu barədə sosial şəbəkədə əməkdar incəsənət xadimi Məlahət Abbasova məlumat yayıb.
Onun sözlərinə görə Cahangir Novruzovun 65, Teymur Rzayevin isə 60 illik yubileyləri ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində məclis təşkil edilib.
Dost məclisində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, görkəmli balaban ifaçısı, Xalq artisi Əlixan Səmədov və digər hörmətli qonaqlar iştirak edib.
Qeyd edək ki, əməkdar rəssam Teymur Rzayevin 60 illik yubiley tədbiri ilk olaraq Bakıda qeyd olunub. İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində bununla bağlı təntənəli tədbir keçirilib.
Xalq artisti, görkəmli sənətkar Cahangir Novruzovun 65 illik yubileyi isə hələ qarşıdadır. Belə ki, sənətkarın 65 yaşı iyulun 31-də tamam olacaq.
Xatırladaq ki, 2019-cu il mayın 18-də Məlahət Abbasovanın da yubileyi olub. Məlahət Abbasova 50 yaşına qədəm qoyub.

Paylaş: