Səidə dəniz qırağında klip çəkdirdi
Tarix: 22-07-2019, 11:35




Müğənni Səidə Sultan yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, sənətçi Xalq artisti Aygün Kazımovanın illər öncə oxuduğu, sözləri Mədinə Gülgün, bəstəsi isə Cavanşir Quliyevə məxsus olan “Apar məni” adlı mahnıya klip çəkdirib.

Səidə dəniz sahilində gözlərində eynək, dəsmala bürünmüş vəziyyətdə kamera önünə keçib. Bununla yanaşı, sənətçi çimərlik geyimində cəsarətli fotolar çəkdirib. Sultanın klipdə tərəf müqabili fitnes-model Fərid Əsgərov olub.
Ekran işinin rejissorluğu Nuran Məmmədova həvalə olunub. Ötən gündən “Youtube”da yayımlanan klip hələki az sayda baxış toplayıb.



Paylaş: