Azərbaycanlı aparıcıdan üzücü xəbər
Tarix: 22-07-2019, 10:57



Aparıcı Samir Bayramlının səhhətində problem yaranıb

Axşam.az-ın məlumatına görə, aparıcı uzun müddətdir öd daşı xəstəliyindən əziyyət çəkirmiş.

Ötən şənbə günü onun halı yenidən pisləşib. Xəstəxanaya aparılan S.Bayramlı təcili əməliyyat olunub.

Hazırda sənətçinin vəziyyəti yaxşıdır. Bu günlərdə aparıcı evə buraxılacaq. Onun müalicəsi ev şəraitində davam edəcək.

Qeyd edək ki, S.Bayramlı əməliyyatdan sonra İnstaqramında foto paylaşaraq, onunla maraqlanan hər kəsə təşəkkür edib. Fotonun isə əməliyyata girməmişdən öncə çəkildiyini yazıb.

Paylaş: