Xalq artisti: "Biz niyə Messi və Ronaldo kimi futbolçu yetişdirə bilmirik?"
Tarix: 20-07-2019, 10:13



"İdmanın başqa sahələrində yaxşıyıq  ancaq, futbola çatanda ilişib qalırıq".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında xalq artisti Hacı İsmayılov deyib. O milli komandamızın 5-6 ilini alman məşqçi ilə itirməsinə heyifslənib:
"Mənim üçün çox maraqlıdır, niyə, biz Messi, Ronaldo kimi futbolçu yetişdirə bilmirik? Həmişə fikirləşirəm ki, görəsən bizimkilər dünya futboluna baxmırlar? Niyə cəriməni necə vurmaq lazım olduğunu öyrənmirlər? Maraqlı deyil ki, Ronaldo necə qol vura bilir? Ona görə, qoy məndən inciməsinlər Azərbaycan futboluna baxanda əsəbiləşirəm".

Paylaş: