“Musiqini və musiqi alətini ancaq təbliğ edərək yaşatmaq olar...”
Tarix: 20-07-2019, 09:47



Xəbər verdiyimiz kimi ermənilər Azərbaycan musiqisi və balabanla bağlı saxtakarlığa bu dəfə Yaponiyada cəhd ediblər. Sosial şəbəkələrdə yapon Kento Suzduki və Yasutka Taruminin balabanla ifası yayılıb. Onlar “Şur” muğamının ladında müəyyən gəzişmələr ediblər. Ermənilər isə bunu “Dili yaman” (“Dle yaman”) erməni xalq mahnısı kimi təqdim etməklə bu dəfə yapon musiqiçilərini öz saxtakarlıqlarının iştirakçısına çeviriblər.

Məsələyə münasibət bildirən tanınmış virtüouz balaban ifaçısı, Xalq artisti Əlixan Səmədov Moderator.az-a açıqlamasında ermənilərin bu cəhdlərinin uğursuz olacağını və həqiqətin öz yerini tapacağını bildirdi:

“Mediada ermənilərin bizim musiqiləri “erməni musiqisi” kimi təqdim etmələrinin hər dəfə şahidi oluruq. Amma mən Yaponiyada konsert verəndə bunu bizimkilərin ruhu belə duymadı və xəbər olaraq media nümayəndələrimizin marağına səbəb olmadı. Ermənilərin Yaponiyada balabanla bağlı saxtakarlıqlarını siz mənə deməsəydiniz, bilməyəcəkdim. Onu qeyd edim ki, yaponlar araşdırmaçı millətdir və hər şeyin doğrusunu bilməkdədirlər. Ona görə də balabanın da hansı xalq aid olduğunu biləcəklər. Bir şeyi unutmamaq lazımdır ki, musiqini və musiqi alətini ancaq təbliğ edərək yaşatmaq olar”. 

Paylaş: