İş adamı ilə ailə quran Afət: “Başqasının ərini özümə ər etməmişəm”
Tarix: 19-07-2019, 18:03





Müğənni Afət Fərmanqızı iş adamına ərə gedir. 

Musavat.com-a açıqlama verən ifaçı bildirib ki, cütlüyün artıq kəbini kəsilib: 

“İkinci dəfə ailə həyatı qurmağı düşünmürdüm. Ona görə sənədlərim qaydasında deyil. İndi sənədlərimi düzəldirəm. Kəbinimiz kəsilib. Gələn ay isə rəsmi nikahımız olacaq. Ailə qurduğum şəxs iş adamıdır, ailəli olub, boşanıb. Mən də bir dəfə ailəli olmuşam. Rəsmi nikahın vacib olduğunu düşünürük. Sevib-sevilmək hər qadını xoşbəxt edir”. 

Müğənni həyat yoldaşını digər həmkarları kimi hər kəsdən gizlətməyəcəyini də deyib: 

“Mən həyat yoldaşımı gizlətməyəcəyəm. Özü istəsə, media və şou əhli arasına çıxar. Istəməzsə, məcbur etmərəm. Onsuz da dost-qohum toyunda birlikdə görünəcəyik. Bəzi müğənnilər başqasının ərini özünə ər edir, qolunu, ayağının şəklini öz səhifəsində paylaşır. Rəsmi nikah mütləq lazımdır. Mənim nəslim-köküm qeyrətlidir, nikahsız yaşamağı qəbul etməz. Özüm də həmişə elə şeylərin əleyhinə olmuşam. Başqasının ərini özünə ər edənlərin işləri ortaya açılıb- saçılır. Ona görə də başqasının ailəsini dağıtmaq lazım deyil”.

Paylaş: