Brilliant Dadaşova bu dəfə əri barədə yazdı: "Gecə-gündüz..."
Tarix: 19-07-2019, 10:31




Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə həyat yoldaşı Ədalət Hacıyev barədə yazıb. Lent.az -ın məlumatına görə, müğənni həyat yoldaşına mahnı həsr etdiyini və sevgi etiraf etdiyini deyib: “Ədalət müəllim, bir neçə gün bundan əvvəl ad gününü qeyd edərkən, demişdim sənə musiqi həsr etmişəm. Mahnımız artıq hazırdır. Artıq 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu musiqidə hər bir söz sənin ad gününə, sənə həsr olunur. Səni sevirəm”.

Paylaş: