Tanınmış aparıcı 17-ci mərtəbədən yıxılıb öldü
Tarix: 19-07-2019, 09:48




Ukraynanın tanınmış aparıcısı Yevgeni Şerbakov faciəvi şəkildə vəfat edib.
“İnformator” xəbər verir ki, 29 yaşlı Y.Şerbakov Odessa şəhərində yaşadığı binanın 17-ci mərtəbəsindən yıxılaraq ölüb.
Aparıcının “Instagram” izləyiciləri şərhlərdə bu xəbərdən böyük sarsıntı keçirdiklərini yazıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Y.Şerbakov populyar “İmprovizasiya veduşix” verilişinin aparıcısı, eləcə də TNT kanalında məşhur “Dom-2” realiti şousunun iştirakçısı olub.(oxu.az)

Paylaş: