“Nazir dostum yoxdur, 50 minlik saatı isə...” - Damla bahalı hədiyyələrdən danışdı
Tarix: 18-07-2019, 16:37



Müğənni Damla  “Toliklə səmimi” “Youtube” layihəsinin qonağı olub. 
Musavat.com xəbər verir ki, o aparıcının “Deyirlər ki, sənin prodüserin saytlara zəng edərək Şəbnəm Tovuzlu ilə fotonun birlikdə təqdim edilməməsinin xahiş edib. Doğrudur” sualına belə cavab verib:
 “Uşaqlar  zəng edib məndən xəbərsiz belə xahişlər edirlər. Bu tək Şəbnəmlə bağlı deyil. Başqa müğənnilərlə də müqayisə olunmağımı istəmirlər. Müqayisə olunmaq istəmirəm. Bəzən şəklimi aidliyim olmayan insanla paylaşırlar. Mən Röya xanım kimi konsertlər verməmişəm, onun 20 illik sənət təcrübəsi var. Uğurumuzu müqayisə edə bilərlər. Amma başqa  müqayisələr yanlışdır. Sənətkarlarla yeni addım atan insanları müqayisə etməsinlər. Məni Aygün Kazımova, Röya ilə müqayisə etməyin”.
O Flora Kərimovanın fanatı olduğunu da deyib: 
“Uşaqlıqdan onun fanatıyam, indi də Flora xanımı sevirəm.  Onun bundan xəbəri yoxdur”. 
İfaçı ona bağışlanan bahalı hədiyyələrdən də danışıb: 
“Nazir, iş adamı, məmur dostlarım yoxdur. Yahudi toyunda “Can dostum” mahnısına görə saat bağışlanıb. Qiyməti 50 min civarında idi. Saatı qəbul etsəm də, taxmıram. Evdədir. Konsert verməyə pul tapmayanda saatı satacağam”. 

Paylaş: